Menu

Çilidə hantavirus səbəbindən sanitar həyəcan rejimi elan edilib

29.07.2026, 08:28
Çilidə hantavirus səbəbindən sanitar həyəcan rejimi elan edilib

Çili hökuməti hantavirusdan ölüm hallarının artması səbəbindən ölkə üzrə sanitar-epidemioloji həyəcan rejimi elan edib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, cari ilin əvvəlindən indiyədək 46 yoluxma qeydə alınıb, onlardan 18-i ölümlə nəticələnib.

Həyəcan rejimi 2027-ci il iyulun 31-dək qüvvədə olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol