Menu

ABŞ Senatı Cey Kleytonu Milli Kəşfiyyat direktoru vəzifəsinə təsdiqləyib

29.07.2026, 09:08
ABŞ Senatı Cey Kleytonu Milli Kəşfiyyat direktoru vəzifəsinə təsdiqləyib

ABŞ Konqresinin Senatı Cey Kleytonun Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini təsdiqləyib.

"Report" xəbər verir ki, səsverməni "C-SPAN" telekanalı yayımlayıb.

Kleytonun təyinatının lehinə 51, əleyhinə isə 47 senator səs verib. ABŞ Prezidenti Donald Tramp Kleytonun namizədliyini iyunun 11-də irəli sürüb. Əvvəllər o, ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyasına rəhbərlik edib.

Milli Kəşfiyyat direktoru Amerikanın 18 kəşfiyyat idarəsinin fəaliyyətini əlaqələndirir.

İyulun 15-də senatın Kəşfiyyat komitəsindəki dinləmələrdə Kleyton İran, Çin və Rusiyanı ABŞ üçün əsas təhlükə adlandırıb. O həmçinin bildirib ki, Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırılmasını gözləmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol