Portuqaliyada yaşayan azərbaycanlı gənc itkin düşüb.

"AzPolitika" xəbər verir ki, bu barədə onun atası məlumat yayıb.

Bildirilib ki, Portuqaliyada yaşayan və işləyən 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı İldırım Mirməmmədovdan bir neçə gündür xəbər yoxdur.

Onun atası Natiq Məmmədov sosial şəbəkədə paylaşım edərək deyib ki, oğlu ilə sonuncu dəfə cümə günü görüntülü zəng vasitəsilə danışıb. Həmin vaxtdan etibarən telefonu sönülüdür və “WhatsApp”ına yazılan mesajlar cavabsızdır.

İ.Mirməmmədovun Setubal şəhəri yaxınlığında və ya Nazare (Nazaré) ərazisində yaşadığı, işlədiyi ehtimal olunur.

Atasının bildirdiyinə görə, oğlu gəmiqayırma və digər sahələrdə biznesi olan moldovalı sahibkarın avtoservisində çalışırmış.

Ailə artıq Portuqaliya polisinə müraciət edib.(Qafqazinfo)