Rusiyanın ən böyük logistika mərkəzi olan “Wildberries”, Ukraynanın bir sıra hücumlarından sonra Qazaxıstanda anbar sahəsi axtarmağa başlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “Kommersant” nəşri daşınmaz əmlak bazarındakı mənbələrə istinadla məlumat yayıb.
Məlumatda deyilir ki, şirkət Qazaxıstanda 100.000 kvadrat metr sahəlik anbar axtarır. Başqa bir mənbə qeyd edib ki, “Wildberries” Qazaxıstandakı bütün mövcud anbarları əldə etməyə hazırdır. Bu addımla şirkət bəzi obyektlərini Ukrayna dronlarının hücumlarından qorumağa ümid edir.
Lakin Qazaxıstanda onun üçün uyğun obyektlər tapmaq çətindir. 2025-ci ilin sonuna ölkədə 1,9 milyon kvadrat metr yüksək keyfiyyətli logistika sahəsi olub, lakin bunun yalnız 5,8%-i boşdur. Qazaxıstan bazarında 100.000 kvadrat metrlik tək bir anbar yoxdur. 2026-cı ilin iyun ayının sonuna olan məlumata görə, müxtəlif şəhərlərə səpələnmiş cəmi 130.000 kvadrat metrlik anbar sahəsi boş kimi qeydə alınıb. Buradakı orta icarə haqqı da yüksəkdir və Moskvadakı qiymətlərlə müqayisə edilə bilər.
“Kommersant”ın mənbələrinə görə, “Wildberries” həmçinin Rusiyanın özündə logistika infrastrukturunu genişləndirməyi düşünür. Lakin boş Rusiya anbarlarının sahibləri hücum riski səbəbindən şirkətlə yeni icarə müqavilələri imzalamaq istəmirlər.
“AzPolitika.info”

Şərhlər