ABŞ Prezidenti Donald Tramp iyulun 11-də vəfat edən respublikaçı senator Lindsey Graham üçün Vaşinqtondakı Milli Kafedralda təşkil olunan vida mərasiminə qatılıb.

Mərasimdə çıxış edən Tramp uzun illər dostluq münasibətlərində olduğu Qrehemi ölkənin təhlükəsizliyi məsələlərində qətiyyətli mövqeyi ilə xarakterizə edib. O bildirib ki, senator xarici siyasətdə "şahin" xəttini dəstəkləyirdi.

"Onun xoşuna gəlməyən müharibə yox idi. Lakin bunu həmişə ölkəmizin maraqları naminə istəyirdi", – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, Lindsi Qrehem üç onillikdən artıq Vaşinqton siyasətinin ən təsirli simalarından biri olub və Respublikaçılar Partiyasının fəaliyyətində mühüm rol oynayıb.

Mərasimdə Trampın vitse-prezident J.D Vens və maliyyə naziri Skott Bessent ilə ön sırada əyləşdiyi anlar da kameralara düşüb. Trampın cibindən çıxardığı konfeti Vensə təklif etməsi və onların qısa söhbət zamanı gülümsəməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

"AzPolitika.info"