Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,56 milyon manat zərərlə başa vurub.

"AzPolitika" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 18,7 dəfə çoxdur.

Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,12 milyon manat (7,4 % az), xərcləri 0,64 milyon manat (7,25 % az), xüsusi ehtiyatlara ayırmaları isə 1,03 milyon manat (47,6 % az) təşkil edib.

Bu il iyulun 1-nə kredit ittifaqlarının aktivləri 11,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,3 % azdır. Bunun 10,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 7,3 % kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 3,85 % azalaraq 2,5 milyon manat, balans kapitalı isə 6,9 % azalaraq 9,4 milyon manat, o cümlədən nizamnamə kapitalı 6,95 % azalaraq 6,7 milyon manat olub.