Zaqatalada yerləşən "Real" kafesində dönər məhsulundan zəhərlənmə şübhəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat daxil olub.

Agentlikdən bildirilib ki, araşdırmalar çərçivəsində toyuq dönəri məhsulundan, eləcə də istehlaka təqdim olunan digər qidalardan nümunələr götürülərək analizə cəlb olunub.

Bununla yanaşı, "Real" kafesində plandankənar yoxlama aparılıb. Obyektin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Araşdırmaların və laborator müayinələrin yekun nəticələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə müvafiq tədbirlər görüləcək.

***

Zaqatalada kütləvi zəhərlənmə olub.

İlkin məlumata görə, onlar dönərdən zəhərləniblər.

Dünən saat 09:30 radələrindən başlayaraq, 14 nəfər (9 kişi, 3 qadın cinsli, 2-si azyaşlı olmaqla) zəhərlənmə şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.