TƏBİB rəhbərliyinin qərarı ilə qurumda yeni kadr islahatı həyata keçirilib.

"AzPolitika" nocomment.az-a istinadən xəbər verir ki, icraçı direktorun müvafiq əmri ilə Sumqayıt Tibb Mərkəzinə rəhbərlik edən Elnur Azadxanov tutduğu postdan uzaqlaşdırılıb.

Qeyd edək ki, bundan əvvəl də bir neçə dəfə sözügedən şəxs barədə neqativ xəbərlər yayılıb.