Rusiyanın Tula şəhərində dronlar hazırlayan şirkətin rəhbəri Andrey Çerezova hücum edilib.
"AzPolitika" xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.
"Gecə saatlarında Andrey Çerezov işdən evə qayıdarkən ona hücum edilib. Hücumu törədən şəxs ona üç dəfə atəş açıb. Andreyin arvadı atəş səslərini eşidib çölə çıxarkən ərini qan içində görüb. Sui-qəsdi törədən şəxs hadisə yerindən uzaqlaşmağa müvəffəq olub", - məlumata deyilir.
Çerezov xəstəxanaya çatdırıldığı bildirilir. Onun sonrakı taleyi ilə bağlı məlumat açıqlanmayıb.
E. Səlimov
AzPolitika.info

Şərhlər