İsrailin Baş naziri Binyamin Netanyahu Vaşinqtonda onunla eyni vaxtda səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməkdən imtina edib. 

“AzPolitika” xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Qəzetin mənbəyi iddia edib ki, Zelenskinin ofisi əvvəlcə görüş təşkil etmək üçün Netanyahunun ofisi ilə əlaqə saxlayıb, lakin "İsrail tərəfi cavab verməyib".

Ukraynadan olan mənbə isə “Haaretz”ə bildirib ki, görüş əvvəlcə Netanyahunun ofisi tərəfindən təklif olunub və Zelenskinin ofisi təklifi qəbul edib. Lakin sonra İsrail rəsmiləri Netanyahunun vaxt məhdudiyyəti səbəbindən Zelenski ilə görüşə bilməyəcəyini bildirib.

Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Netanyahu və Zelenski ilə ayrı-ayrılıqda görüşlər keçirib. Həmin günün sonunda onlar senator Lindsi Qremin dəfn mərasimində iştirak ediblər. “Haaretz” qeyd edir ki, Zelenski Netanyahuya yaxınlaşıb və onların arasında qısa söhbət olub. Qəzet bildirir ki, Netanyahunun ofisi vəziyyətlə bağlı şərh verməkdən imtina edib.

“AzPolitika.info”