ABŞ Silahlı Qüvvələri may ayının əvvəlindən bəri təxminən 1000 gəminin Hörmüz boğazından keçməsinə köməklik göstərib.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsindəki hesabında bəyanat yayıb.

“May ayının əvvəlindən CENTCOM qüvvələri bu dar su keçidindən təxminən 1000 gəminin təhlükəsiz keçməsinə və 500 milyon barrel xam neftin daşınmasına kömək edib”, – deyə bəyanatda bildirilir.

Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fevralın 28-də başlayıb. İyun ayında Vaşinqton və Tehran arasında Livan da daxil olmaqla bütün istiqamətlərdə atəşkəs haqqında memorandum imzalansa da, iyulun 8-də ABŞ İranın Hörmüz boğazında təhlükəsizliklə bağlı razılaşmaları pozmasını əsas gətirərək kütləvi zərbələri bərpa edib.