Ukrayna Hərbi Hava Qüvvələri cəbhənin istiqamətlərindən birində F-16 qırıcısını itirib.
"Unian" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, iyulun 29-da döyüş tapşırığı zamanı hava hədəflərinin qarşısını alan F-16 qırıcısı ilə əlaqə kəsilib. İlkin məlumata görə, təyyarədə nasazlıq yarandığından pilot katapult etmək məcburiyyətində qalıb.
Məlumata əsasən, pilot təhlükəsiz şəkildə təxliyə olunaraq tibbi müayinədən keçirilib.
Qeyd olunub ki, təyyarənin qəzaya uğradığı ərazidə mütəxəssislər və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Hadisə nəticəsində mülki əhali arasında xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb. İnsidentin səbəbləri araşdırılır.

Şərhlər