Amerika hərbçiləri İrana növbəti zərbələr seriyasının endirilməsini başa çatdırıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"Mərkəzi Komandanlıq dünən ABŞ qüvvələrinə qarşı raket hücumu həyata keçirmək cəhdinə cavab olaraq İrana güclü zərbələr dalğasını başa çatdırıb", - paylaşımda bildirilib.
CENTCOM-un məlumatına görə, Amerika hərbçiləri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) onlarla obyektini, o cümlədən hərbi komanda məntəqələrini, raket və pilotsuz uçuş aparatlarının (PUA) yerləşdirildiyi yerləri, sahil müşahidə və müdafiə obyektlərini, eləcə də İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) vasitələrini vurub.

Şərhlər