Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Əl Səud Vaşinqtonda ABŞ-nin vitse-prezidenti Cey Di Venslə görüşüb.

Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, səudiyyəli nazir vəliəhd şahzadə Məhəmməd bin Salmanın mesajını Vensə çatdırıb və Ər-Riyadın ABŞ-nin İrana qarşı hərbi əməliyyatı ilə bağlı mövqeyini izah edib.

Bildirilib ki, Səudiyyə Ərəbistanı gərginliyin azaldılmasının tərəfdarıdır və münaqişənin uzanmasını ciddi risk hesab edir. Krallıq mülki infrastrukturuna zərbələri isə “qırmızı xətt” adlandırıb. /Apa