Menu

"Qarabağ" Bolqarıstanda ÇSKA ilə qarşılaşacaq

30.07.2026, 10:54
"Qarabağ" Bolqarıstanda ÇSKA ilə qarşılaşacaq

UEFA Avropa Liqasının II təsnifat mərhələsində bu gün cavab oyunları keçiriləcək.

"AzPolitika" xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" Bolqarıstanda ÇSKA ilə üz-üzə gələcək.

Sofiyadakı "Vasil Levski" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Oyunun baş hakimi Belçikadan olan FIFA referisi Brem van Drisş olacaq.

Xatırladaq ki, Bakıda keçirilən ilk görüşdə tərəflər qapılara yol tapa bilməmiş və matç 0:0 hesabı ilə yekunlaşmışdı. Bu səbəbdən növbəti mərhələyə yüksələcək komandanın adına Sofiyadakı cavab qarşılaşmasında aydınlıq gələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol