Menu

Dövlət Gömrük Komitəsində yeni təyinat: Turqut Vəliyev idarə rəisi oldu

30.07.2026, 12:26
Dövlət Gömrük Komitəsində yeni təyinat: Turqut Vəliyev idarə rəisi oldu

Dövlət Gömrük Komitəsində struktur dəyişikliyi olub.

"AzPolitika" "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb.

Belə ki, DGK-nin Kibertəhlükəsizlik şöbəsi ləğv edilib, əvəzində isə Kibertəhlükəsizlik idarəsi yaradılıb.

Gömrük xidməti mayoru Turqut Tehran oğlu Vəliyev Kibertəhlükəsizlik idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Şahin Bağırov yeni idarə yaratdı - Rəis təyin etdi (FOTO)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol