Dağıstan hökümətinin başçısı Maqomed Ramazanov Dağıstanın Azərbaycanla sərhəddə yerləşən "Yaraq-Qazmalar" avtomobil buraxılış məntəqəsinə baş çəkərək, orada davam etdirilən modernləşdirmə işləri ilə tanış olub.

"AzPolitika" xəbər verir ki, bu barədə məlumat Dağıstan Respublikası Hökumətinin rəsmi portalında dərc edilib.

Buraxılış məntəqəsi Rusiyanın Azərbaycanla, Azərbaycan vasitəsilə isə İran, Hindistan və Xəzəryanı, eləcə də Asiya regionunun digər ölkələri ilə nəqliyyat əlaqəsini təmin edir. Bu məntəqə "Şimal–Cənub" beynəlxalq nəqliyyat dəhlizinin əsas həlqələrindən biri hesab olunur. Obyektin genişmiqyaslı yenidənqurma işlərinə 2020-ci ildə başlanılıb.