Bu ilin yanvar-iyun aylarında Azərbaycan 59 milyon 338 min ABŞ dolları dəyərində 54 min 546 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib.

"AzPolitika" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 13 milyon 835 min dollar (30,4 %) , həcm baxımından isə, 11 min 563 ton (26,9 %) çoxdur.

Hesabat dövründə sözügedən məmulatların qeyri-neft sektoru üzrə ixracda payı 1%, ölkənin ümumi ixracında payı isə 0,3 % olub.

6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.