Ermənistan hökumətinin ehtiyat fondu 18.1 milyard dram (43.9 milyon avro - red.) artıb. Müvafiq qərar 30 iyulda Nazirlər Kabinetinin iclasında qəbul edilib.
"AzPolitika" xəbər verir ki, fond Avropa İttifaqından alınan əlavə qrant vəsaitləri sayəsində genişləndirilib.
Qeyd olunur ki, bu proqramlar Ermənistanda təhsilin dəstəklənməsi, dövlətin və sabitliyin gücləndirilməsi, eləcə də büdcə dəstəyi üçün istifadə olunacaq.

Şərhlər