Bu gün Odessa yaxınlığında dron hücumuna məruz qalan azərbaycanlı dənizçilərin olduğu "Albatros Corporation" məxsus "ATA -2" (IMO 9387669) quru yük gəmisi Rumıniyanın Suliniya limanına çatıb.
"AzPolitika" xəbər verir ki, bu barədə gəminin kapitanı bildirib.
Gəmi iyulun 30-da səhər saatlarında 3 dronun hücumuna məruz qalıb.
Gəmiyə ciddi ziyan dəyib. Heyəti13 nəfərdən ibarət, onlardan biri türk, qalan 12 nəfər isə azərbaycanlı dənizçilərdir.
****
Ukraynanın Odessa vilayətinin sahillərində "Albatros Corporation" şirkətinə məxsus ATA-2 (IMO 9387669) kommersiya gəmisi hücuma məruz qalıb.
“AzPolitika” xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin rəhbəri İlham Nəsirov məlumat verib.
Gəminin Rusiya, yoxsa Ukrayna tərəfindən vurulduğu qeyd edilmir.
Onun sözlərinə görə, gəmiyə səhər saatlarında üç dronla hücum edilib. Zərbələr gəmiyə ciddi struktur və mexaniki ziyan vurub, lakin gəmi su üzündə qalıb. Ekipaj hazırda Rumıniya ərazi sularına doğru gedir.
Hücuma məruz qalan gəminin göyərtəsində 13 heyət üzvü var: 12 Azərbaycan vətəndaşı və bir Türkiyə vətəndaşı. İlkin məlumatlara görə, heyət üzvlərindən heç biri xəsarət almayıb və hadisə nəticəsində itki yoxdur.
“AzPolitika.info”

Şərhlər