Menu

İran-ABŞ hərbi toqquşması səngimək bilmir - SEPAH F-35-ləri vurduğunu iddia edir

30.07.2026, 16:38
İran-ABŞ hərbi toqquşması səngimək bilmir -  SEPAH F-35-ləri vurduğunu iddia edir

İran ordusu ABŞ-nin hücumlarına cavab olaraq, İordaniyadakı Əl-Azraq bazasına ballistik raket zərbələri endirib.

"AzPolitika" xəbər verir ki, bu barədə İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti açıqlama yayıb.

Məlumatda bildirilir ki zərəbələr zamanı ABŞ ordusuna məxsus üç F-35 təyyarəsi və bir neçə Amerika hərbçisi məhv edilib.

Xatırladaq ki, daha əvvəl ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ Silahlı Qüvvələri İrana növbəti zərbələr dalğasını tamamlayıb, İslam Respublikasında hərbi komanda mərkəzləri, raket və pilotsuz uçuş aparatlarının yerləşdiyi obyektlər, sahil müşahidə və müdafiə postları, eləcə də dəniz əsaslı obyektlər daxil olmaqla onlarla hədəf vurulub.

E. Səlimov

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol