Menu

Bu ərazilərdə qaz olmayacaq

30.07.2026, 19:12
Bu ərazilərdə qaz olmayacaq

Sumqayıt şəhərinin bir hissəsində təmir-quraşdırma işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 31-i saat 10:00-dan işlər başa çatanadək şəhərin 1, 2, 3, 4, 5, 7, 8, 12, 15, 16, 17, 18, 19, 20, 21 və 29-cu məhəllələrinin, 5 və 6-cı mikrorayonlarının, İnşaatçılar qəsəbəsinin, həmçinin Betonzavod və Qızılqum ərazilərinin qaz təchizatında müvəqqəti fasilə olacaq.

“Azəriqaz” abonentlərdən bunu nəzərə almalarını xahiş edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol