Hərbi analitik Aqil Rüstəmzadə "Facebook" səhifəsində Rusiya Ordusunun Ukrayna ərazisinə endirdiyi hava zərbələrində konseptual dəyişiklik etdiyini bildirib. Ekspertin sözlərinə görə, Rusiya «Geran-4 Seeker» reaktiv dronlarının tətbiq intensivliyini 8 dəfədən çox artıraraq, ötən ilki 180 vahiddən bu ilin əvvəlindən bəri 1400-dən çox göstəriciyə çatdırıb.

A.Rüstəmzadə qeyd edib ki, Rusiya hərbi komandanlığı kütləvi şəkildə buraxılan ləng, porşenli «Geran-2» (Shahed) modellərindən imtina edərək reaktiv modifikasiyalarla nöqtə zərbələrinə keçib.

Hərbi ekspert bu taktiki dəyişikliyin 3 əsas səbəbini diqqətə çatdırıb:

Ukrayna Silahlı Qüvvələrinin mobil atıcı qrupları və Radioelektron Mübarizə (REMB) vasitələri ləng hərəkət edən «Shahed»lərin 92–96%-ni vurmağı öyrənib. Bu da Rusiyanı reaktiv modellərin seriyalı istehsalına keçməyə məcbur edib.

Dron «Seeker» maşın görməsi sistemi ilə təchiz olunub. Uçuşun son mərhələsində PUA hədəfi muxtar olaraq optik yolla axtarır. Bu səbəbdən GPS/GLONASS siqnallarının boğulması dronu trayektoriyasından çıxara bilmir.

Saatda 500 km-dək sürətlə uçan «Geran-4» pulemyot və dron-interseptorlarla silahlanmış mobil atıcı qrupların cavabvermə zonalatından çox sürətlə keçir və zenitçilər fiziki olaraq reaksiya verməyə çatdırmırlar.

Məsələni dəyərləndirən mütəxəssi bildirir ki, Rusiya Hərbi Hava Qüvvələrinin bu addımı HHM-in təkamülünə qarşı atılmış klassik cavab gedişidir. Düşmən HHM-i ucuz dron kütləsi ilə yormaq taktikasından prioritet hədəfləri zəmanətli vurmaq strategiyasına keçir.

Lakin reaktiv «Geran-4» dronlarının da ciddi zəif tərəfləri var:

Turbo-reaktiv mühərriklər daxili yanma mühərriklərinə nisbətən kəskin çox istilik ayırır. Bu isə PUA-nı «Stinger», «Igla» kimi Daşınan Zenit-Raket Kompleksləri (DZRK) və istilikvizual tuşlama sistemləri üçün asan şikara çevirir.

Reaktiv mühərrik yanacağı dəfələrlə çox işlətdiyi üçün uçuş məsafəsi azalır və ya çəkisi artırılmalıdır. Ən əsası, bu dronlar porşenli «Shahed»lərdən kəskin dərəcədə baha başa gəlir.

Nəticə etibarilə, Ukrayna tərəfi mobil pikap qruplarının payını azaltmalı, hava hücumundan müdafiədə kiçik mənzilli raketlərin və yeni nəsil hava-hava dron-interseptorlarının payını artırmaq məcburiyyətində qalacaq.

Rasim

"AzPolitika.info"