Pavel Durov Rusiyanın terrorçular siyahısına salınmasının səbəbini açıqlayıb.
"Telegram"ın həmtəsisçisi və sahibkarı Pavel Durov Rusiyanın onu terrorçu və ekstremistlər siyahısına daxil etməsinin əsas səbəbini açıqlayıb.
O, öz Telegram kanalında yazıb ki, bu qərar hakimiyyətin "Telegram"da kütləvi izləmə və senzura tələblərini yerinə yetirməkdən imtina etməsi ilə bağlıdır.
"AzPolitika" xəbər verir ki, Durov daha sonra istehzalı bir paylaşım da edib. O, özünün “terrorçuların əlaltısı” adlandırılmasını Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Taliban nümayəndələri ilə görüşü fonunda müqayisə edən şəkil paylaşaraq vəziyyəti tənqid edib.

Xatırladaq ki, Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidməti (Rosfinmonitorinq) yaxın günlərdə Telegram-ın yaradıcısını terrorçu və ekstremistlər siyahısına salıb. Bu addım Durovun platformanın müstəqilliyini qorumaq və istifadəçilərin məxfiliyini təmin etmək istiqamətində apardığı siyasətlə bağlı uzunmüddətli gərginliyin davamı kimi qiymətləndirilir.
"Telegram" uzun illərdir ki, müxtəlif ölkələrdə senzura və məlumat təqdimetmə tələblərinə qarşı mövqe tutması ilə tanınır. Durovun açıqlaması da məhz bu prinsipin davamı kimi görünür.
"AzPolitika"

Şərhlər