UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycanın iki klubu – “Neftçi” və “Zirə” – bu gün keçirilən cavab oyunlarından sonra turnirdən kənarda qalıb.

"AzPolitika" xəbər verir ki, “Neftçi” Belarusun “Dinamo” (Minsk) komandası ilə Beroe şəhər stadionunda qarşılaşıb. Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb. Qolu 13-cü dəqiqədə Breno Almeyda vurub. Lakin Bakıda baş tutan ilk görüşdə 2:4 hesabı ilə uduzduğu üçün “ağ-qaralar” ümumi nəticəyə görə mübarizəni dayandırıb.

Eyni zamanda “Zirə” Estoniyanın “Payde” klubu ilə Sumqayıt şəhər stadionunda oynayıb. Matç 1:1 hesabı ilə başa çatıb. 5-ci dəqiqədə Eren Aydın hesabı açıb, 71-ci dəqiqədə isə Henri Anier bərabərliyi bərpa edib. İlk oyunda 0:1 məğlub olan “Zirə” bərabərlik nəticəsində növbəti mərhələyə vəsiqə qazana bilməyib.

Beləliklə, hər iki Azərbaycan klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırıb.

"AzPolitika"