Menu

Şamaxıda ailə münaqişəsi qanla bitdi: 67 yaşlı kişi bıçaqlandı

31.07.2026, 11:19
Şamaxıda ailə münaqişəsi qanla bitdi: 67 yaşlı kişi bıçaqlandı

Şamaxıda bıçaqlanma hadisəsi baş verib.

"AzPolitika" xəbər verir ki, hadisə Sabir qəsəbəsi ərazisində qeydə alınıb.

67 yaşlı Məmməd Ağayevə kəsici alətlə xəsarət yetirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Ağayevin oğlu, 37 yaşlı Anar Ağayev saxlanılıb.

Hadisənin ailə münaqişəsi zəminində törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol