İyulun 30-da Mərakeşdən minlərlə miqrant üzərək İspaniyanın Şimali Afrikadakı Seuta anklavına keçməyə cəhd edib.
Sosial şəbəkələrdə miqrantların Seuta sahillərinə çıxmasını əks etdirən çoxsaylı görüntülər yayılıb.
Məlumata görə, hadisə zamanı ən azı 15 nəfər boğularaq həlak olub. Qanunsuz keçid cəhdlərinin artması səbəbindən yerli hakimiyyət Madridə müraciət edib, İspaniya hökuməti isə bölgədə təhlükəsizlik tədbirlərini gücləndirərək əlavə hərbçilər yerləşdirib.
Bu ay İspaniya Ali Məhkəməsi Seuta və Melilyaya dəniz yolu ilə çatan miqrantların saxlanıldıqdan dərhal sonra Mərakeşə geri qaytarılmasının mümkün olmadığı barədə qərar qəbul edib. İspaniyanın Daxili İşlər Nazirliyi isə insan alveri şəbəkələrinin bu qərardan istifadə edərək qanunsuz miqrasiya axınını təşviq etdiyini bildirib.
Seuta uzun illərdir Avropaya çatmağa çalışan miqrantlar üçün əsas keçid məntəqələrindən biri hesab olunur.
"AzPolitika.info"

Şərhlər