Ucar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Tərtər rayonunun Köçərli kənd sakini, 1979-cu il təvəllüdlü Şamilzadə Anar Cəfər oğlunun idarə etdiyi "Mercedes Atego" markalı yük maşını yol kənarında dayanan, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Məmmədov Tural Cəlal oğluna məxsus "Chevrolet Cobalt" markalı minik avtomobilinə çırpılıb.
Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq kənarda dayanan iki piyadanı vurub.
Nəticədə piyadalardan biri Göyçay rayon sakini 1993-cü il təvəllüdlü İsa Rüfət oğlu Məmmədov hadisə yerində, minik avtomobilinin sərnişini, Samux rayon sakini 2002-ci il təvəllüdlü Yusif Xudaya oğlu Quliyev isə xəstəxanaya aparılarkən yolda ölüb.
Minik avtomobilinin sürücüsü T.Məmmədov və sərnişinlər Gəncə şəhər sakinləri 1982-ci il təvəllüdlü Elnur Fərəcullayev və 1985-ci il təvəllüdlü Elmir Əsgərli Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı bağlı araşdırma aparılır.

Şərhlər