İranın xeyrinə casusluq etməkdə və Böyük Britaniya Krallıq Hərbi Hava Qüvvələrinin "RAF Akrotiri" strateji aviasiya bazasını gizli şəkildə izləməkdə şübhəli bilinən Britaniya paytaxtının 44 yaşlı sakini Rəşad Sultanov Londonun sorğusu əsasında Kiprdə saxlanılıb.
"AzPolitika" "Washington Post"a istinadən xəbər verir ki, onun iyulun 17-də həbs edildiyi bildirilir.
Krallıq Prokurorluq Xidməti 2025-ci ilin may və iyun aylarında qeydə alınmış insidentlərlə bağlı yeni "Milli Təhlükəsizlik Haqqında Qanun" çərçivəsində ona qarşı ittihamların irəli sürülməsinə icazə verib.

Londonun antiterror bölməsinin rəhbəri Helen Flanaqanın bəyanatına görə, bu hal sözügedən qanunvericiliyin ölkənin dənizaşırı hərbi obyektlərində ekstraterritorial (ərazi xaricində) tətbiq olunmasının ilk nümunəsidir.
Mənbənin məlumatına görə, bu insident Avropada Tehran tərəfindən dəstəklənən və Qərbin hərbi obyektləri haqqında məlumat toplanılmasına keçən proksi-qruplaşmaların fallaşması üzrə ümumi meyli əks etdirir.
1960-cı ildə Kiprə müstəqillik verildikdən sonra Britaniyanın nəzarətində qalmış bu aviasiya bazası Yaxın Şərqdəki əməliyyatlar üçün əsas hab rolunu oynayır.
Hazırda Britaniya polisi Sultanovun Aralıq dənizi adasından ekstradisiya edilməsinə çalışır.
"AzPolitika.info"

Şərhlər