Menu

AzTU-da elektron diplom dövrü başladı: Məzunlar sənədlərini “mygov”dan alacaq

31.07.2026, 13:46
AzTU-da elektron diplom dövrü başladı: Məzunlar sənədlərini “mygov”dan alacaq

İyulun 30-da Azərbaycan Texniki Universitetində (AzTU) elektron diplomların verilməsinə başlanılıb.

“AzPolitika” xəbər verir ki, proses “Təhsil haqqında” Qanunun 27-ci maddəsinə, həmçinin Nazirlər Kabinetinin təsdiq etdiyi “Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

Beləliklə, 2025/2026-cı tədris ili üzrə AzTU-dan məzun olanlar diplomlarını elektron formatda əldə edəcəklər.

AzTU-nun rektoru Vilayət Vəliyev 181 məzunun diplomunu AOİTAS vasitəsilə imzalayıb. Digər məzunların da diplomları mərhələli şəkildə elektron formada imzalanaraq təqdim olunacaq.

Qeyd edək ki, məzunlar elektron diplomları avqust ayından etibarən “mygov” rəqəmsal hökumət platforması üzərindən əldə edə bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol