Türkiyə miqyasında internet şəbəkəsində ciddi problemlər yaranıb. Məşhur internet provayderlərindən biri olan “TürkNet”in fəaliyyətində kütləvi kəsinti baş verib.
“AzPolitika” xəbər verir ki, ölkənin bir çox bölgəsindən daxil olan müraciətlər provayderin xidmətlərində genişmiqyaslı giriş probleminin yaşandığını üzə çıxarıb.
Məlumata görə, istifadəçilər təkcə sabit internetə qoşulmaqda deyil, həm də şirkətin mobil tətbiqinə və müştəri xidmətlərinə daxil olmaqda çətinlik çəkirlər. Abonelərin çağrı mərkəzinə zəng etmək cəhdləri də nəticəsiz qalıb, telefon xətlərinin cavab vermədiyi bildirilir.
Qlobal internet kəsintilərini izləyən "Downdetector" platformasında da “TürkNet”lə bağlı şikayətlərin sayında kəskin artım qeydə alınıb. Problemin bütün abunəçiləri, yoxsa müəyyən regionları əhatə etdiyi hələlik dəqiqləşdirilməyib.
Baş verən kütləvi kəsinti ilə bağlı “TürkNet” rəhbərliyindən hələlik heç bir rəsmi açıqlama verilməyib. Problemin texniki səbəblərdən, infrastruktur işlərindən, yoxsa sistem xətalarından qaynaqlandığı və internetin nə vaxt bərpa olunacağı qeyri-müəyyənliyini qoruyur.
“AzPolitika.info”

Şərhlər