Menu

Bakıda qaz xəttinin altında yanğın - VİDEO

31.07.2026, 15:55
Bakıda qaz xəttinin altında yanğın - VİDEO

Bu gün paytaxtın Sabunçu rayonunda yanğın baş verib.

“AzPolitika” xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, hasar kənarında yerləşən zibil qutularına toplanmış məişət tullantılarının yanması səbəbindən ərazidə təhlükəli vəziyyət yaranıb.

Bununla bağlı video paylaşan taksi sürücüsü yanğının qaz xəttinin altında baş verdiyini və bunun təhlükəli olduğunu deyib.

Həmin vətəndaş “Azəriqaz”ın qaynar xəttinə və yanğınsöndürmə xidmətinə məlumat verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol