Beyləqanda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son durumu açıqlanıb.

TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan şəxslər saat 18:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Qeyd olunub ki, onlara bədənin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alanlara zəruri tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi yardımın davam etdirilməsi məqsədilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına və İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Bildirilib ki, hadisə nəticəsində 1972-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

Beyləqan rayonunda yol qəzası baş verib.

Rayon ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Şəfa Əliyev hadisə yerində həyatını itirib.

Qəza zamanı avtomobildə olan 1997-ci il təvəllüdlü Əlizamin Şəfa oğlu Əliyev, 1988-ci il təvəllüdlü Həsən Əbilqasım oğlu Həsənov və 1979-cu il təvəllüdlü Zəfər Gülmirzə oğlu Məmmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin başvermə səbəbləri araşdırılır.