Menu

Tramp ABŞ və İran arasında razılaşmanın hələ də mümkün olduğunu bildirib

31.07.2026, 23:14
Tramp ABŞ və İran arasında razılaşmanın hələ də mümkün olduğunu bildirib

Tərəflərin hərbi əməliyyatları yenidən bərpa etməsinə baxmayaraq, ABŞ və İran arasında sülh sazişinin bağlanması hələ də mümkündür.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Kemp Devid iqamətgahında jurnalistlərə bildirib.

"Yaxın Şərqdə hazırda baş verən hər şeyə və Trampın özünün bu barədə söylədiklərinə baxmayaraq, İranla saziş əldə etmək mümkündürmü?" sualına cavab verərkən deyib: "Bəli, mümkündür".

Amerika lideri həmçinin əlavə edib ki, İran bu günlərdə danışıqların qızğın vaxtında İordaniyadakı Amerika qüvvələrinə raket zərbəsi endirib.

"Mən onlara (İrana - red.) inamımı itirirəm, çünki onlar yalan danışır və (tərəflər arasında münaqişənin və danışıqların gedişatı haqqında məlumatı - red.) təhrif edirlər. Bilirsiniz, biz qalib gəlmək istəyirik. İşlərimiz çox yaxşı gedir", - Tramp əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol