ABŞ-nin Kaliforniya ştatında beşinci nəsil "F-35" qırıcı təyyarəsi qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalı "Miramar" hərbi hava bazasının nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Dəniz Piyadaları Korpusunun "F-35B" təyyarəsinin iştirakı ilə A sinifli qəza bazanın ətrafında baş verib, yerə düşdükdən sonra hava gəmisi alışıb. Pilot katapult etməyi bacarıb, lakin hələlik onun səhhəti, eləcə də hadisənin səbəbləri barədə məlumat verilmir.

Bir "F-35"in orta qiyməti 80 milyon dolları aşa bilər.