Rusiyanın Kiyevə endirdiyi kütləvi zərbələr nəticəsində ölənlərin sayı doqquza çatıb, 23 nəfər xəsarət alıb.

Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti "Telegram" kanalında məlumat yayıb.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin Ukrayna paytaxtına ballistik hücumu nəticəsində beş rayonda yanğınlar və dağıntılar qeydə alınıb.

Solomyansk rayonunda 2 nəfər ölüb və 8 nəfər, xəsarət alıb. Beşmərtəbəli yaşayış binası qismən dağılıb, 35 nəfər təxliyə edilib.

Darnitsk rayonunda inzibati binada yanğın və dağıntılar baş verib. Yeddi nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Şevçenkovsk rayonunda qeyri-yaşayış binasında yanğın baş verib və təcili yardım avtomobilləri yanıb. Bir nəfər xəsarət alıb.

Hadisə yerlərində yanğınsöndürənlər və xilasedicilər işlərini davam etdirirlər. /"Report"