Rusiya ötən gecə Kiyevə daha bir raket zərbəsi endirib.
“AzPolitika” xəbər verir ki, Kiyev meri Vitali Kliçko sosial mediada üç nəfərin öldüyünü, beş nəfərin yaralandığını bildirib.
Kliçko həmçinin Kiyevin Darnitski rayonunda bir anbarın yandığını və "raket qalıqlarının düşməsi nəticəsində Solomyanski rayonundakı beşmərtəbəli binada insanların qapalı qaldığını" bildirib. Yaşayış binasında və onun həyətində yanğın baş verib. Hadisə yerinə təcili yardım xidmətləri göndərilib. Kiyev Telegram kanalları həmçinin şəhərin bəzi ərazilərində elektrik kəsintilərinin baş verdiyini bildirib.
Ukrayna kanalları Kiyevə hücumun bir neçə ballistik raket və “Sirkon” hipersəs raketləri, eləcə də reaktiv dronlarla həyata keçirildiyini bildirib.
“AzPolitika.info”
— News (@02042006Afa) July 31, 2026

Şərhlər