Menu

İsmayıllıda zəncirvari qəza - xəsarət alanlar var

01.08.2026, 12:45
İsmayıllıda zəncirvari qəza - xəsarət alanlar var

İsmayıllıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"AzPolitika" xəbər verir ki, hadisə rayonun Babaxan adlanan ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı yük avtomobili ilə "Volkswagen" və "VAZ1107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol