Menu

Gürcüstan Kulevi zavodundan sanksiyaların götürülməsinə çalışır

01.08.2026, 14:32
Gürcüstan Kulevi zavodundan sanksiyaların götürülməsinə çalışır

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Kulevi neft emalı zavoduna tətbiq edilən sanksiyaların altı aydan sonra ləğv olunması üzərində işləyir.

"AzPolitika" xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili deyib.

Onun sözlərinə görə, məhdudiyyətlərin aradan qaldırılması üçün hazırda Avropa Komissiyası ilə iş aparılır:

"Danışıqlar masasında olmadığımız üçün ölkəmizin maraqlarını qorumaq çətindir. Amma biz altı aydan sonra maraqlarımızın tam müdafiə olunması üçün Avropa Komissiyası ilə işləməyə davam edirik. Gürcüstan öz mövqeyini sübut etmək üçün Avropa İttifaqına bütün lazımi məlumatları təqdim edəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol