Şənbə günü səhər saatlarında Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Başqırdıstanın paytaxtı Ufa şəhərindəki sənaye zonasına hücum edib.

"AzPolitika" xəbər verir ki, hücum nəticəsində bölgədəki strateji obyektlərdən birində güclü yanğın baş verib. 

Başqırdıstan rəhbəri Radiy Xabirov vurulmuş PUA-nın qalıqlarının sənaye zonasına düşməsi nəticəsində "tüstülənmə" yarandığını iddia etsə də, Ukrayna monitorinq kanalları və müstəqil mənbələr sənaye zonasında bir neçə iri yanğın ocağının əks olunduğu foto və videolar dərc ediblər.

"Astra" nəşrinin OSINT analitikləri görüntüləri təhlil edərək müəyyən ediblər ki, qara tüstü "Başneft-Ufaneftexim" neft emalı zavodunun ərazisindən yüksəlir. 

Məlumata görə, bu müəssisə ildə 8,2 milyon tonadək neft emal etmək gücünə malikdir. Zavodda motor yanacaqları, neft koksu, durulaşdırılmış qazlar, kükürd və aromatik karbohidrogenlər istehsal olunur. 

Hücumla əlaqədar Başqırdıstanda PUA təhlükəsi elan edilib, "Rosaviasiya" isə Ufa aeroportunun fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Rasim

“AzPolitika.info”