Avqustun 1-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Qara dənizdə FESCO şirkətinə ("Rosatom"a daxildir) məxsus "Yanina" konteyner gəmisi batıb.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə "Rosatom"un rəhbəri Aleksey Lixaçyov məlumat verib.
İnsident Novorossiyskdən 130 dəniz mili məsafədə baş verib. Onun sözlərinə görə, bu, beynəlxalq sularda hərəkət edən və dondurulmuş ərzaq məhsullarından tutmuş tikinti və üzlük materiallarınadək mülki yüklər daşıyan adi konteyner gəmisi idi. Gəmi iki dəniz dronunun hücumuna məruz qalıb.
Gəmidə olan 17 ekipaj üzvünün hamısı xilas edilib.

Şərhlər