Qaxda yol qəzasında bir nəfər ölüb, 4 nəfər xəsarət alıb.

"AzPolitika" xəbər verir ki, "Niva" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Niva"da olan azyaşlı sərnişin, Şamaxı rayon sakini S. Babazadə ölüb.

Onun ailə üzvləri - 46 yaşlı Ruslan Babayev, 42 yaşlı Əzizə Babayeva, onların 5 yaşlı övladı və "Mercedes"in sürücüsü 33 yaşlı Mehman Rüstəmli xəsarət alıblar.

Xəsarət alanlar Qax xəstəxanasına yerləşdirilib.