Menu

İsrail ordusu HƏMAS-ın silah anbarlarına zərbələr endirib

01.08.2026, 21:56
İsrail ordusu HƏMAS-ın silah anbarlarına zərbələr endirib

İsrail hərbçiləri Qəzza zolağına yeni silsilə zərbələr endiriblər.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

Zərbələrin hədəfi HƏMAS hərəkatının bölmələri üçün nəzərdə tutulan silahların saxlanıldığı iddia edilən obyektlər olub.

Ümumilikdə beş anbara hücum edilib. Ordudan verilən məlumata görə, orada "Kalaşnikov" avtomatları, partlayıcı qurğular, tank əleyhinə qumbaraatanlar, döyüş sursatları və digər hərbi ləvazimatlar olub. /"Report

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol