Menu

SSRİ bayrağı qaldırıb həbs olunanlardan biri Elçin Bayramlı imiş - FOTO

02.08.2026, 21:39
SSRİ bayrağı qaldırıb həbs olunanlardan biri Elçin Bayramlı imiş - FOTO

SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən şəxslər barəsində məhkəmə hökm çıxarıb.

“AzPolitika” Gununsesi.info-ya istinadla xəbər verir ki, həbs edilən şəxslərdən biri “Səs” qəzetinin əməkdaşı, sosioloq kimi tanınan Elçin Bayramlıdır.

Onun barəsində 1 il 6 ay həbs qərarı verilib.

Məlumat üçün bildirək ki, E. Bayramlı son dövrlərdə müxtəlif ictimai-siyasi mövzularda verdiyi qalmaqallı açıqlamaları ilə tez-tez gündəmə gəlirdi. O, bir sıra çıxış və müsahibələrində Sovet rejiminin müsbət xüsusiyyətlərini qabardırdı.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, E. Bayramlı ilə yanaşı İbrahim Əsədli və Abdulla İbrahimli hər biri 2 il, Mehman Zeynalov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

ƏNHU 2026-08-03 00:45:30

Sovet dövrünün müsbət tərəfləri əlbəttə ki var idi. Odövrdə məmurlar harın deyildilər. Onların övladları maşınlarını kasıbların üstünə sürüb onları əzmirdi. Bu kimi azğınlar dövlət səviyyəsində himayə olunmurdi. O vaxt oliqarx-moliqarx yox idi. Sovet dövründə talançılar cəzalandırılırdı indi isə mükafatlandırılır. Mən demirəm ki, sovet dövrü yaxşı idi, onu deyirəm ki, pisin biri sovet dövrü idisə digəri də indiki məmurlardır.... Ayda 1 kilo ət ala bilmirik. ...İkiniz də pissiniz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol