Menu

Dünya bazarlarında neft 5%-dən çox uculaşıb

03.08.2026, 08:58
Dünya bazarlarında neft 5%-dən çox uculaşıb

Londonun ICE qitələrarası birjasında keçirilən ticarət sessiyasında “Brent” neftinin 2026-cı ilin oktyabr ayı üzrə fyuçers müqaviləsinin qiyməti 5,06 faiz enərək 1 barelə görə 83,48 dollar təşkil edib.

"AzPolitika"nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında isə 2026-cı ilin sentyabr ayında təhvil verilməsi nəzərdə tutulan “WTI” markalı neftin 1 barelinin dəyəri 5,82 faiz azalaraq 79,74 dollara düşüb.

Neft qiymətlərindəki bu eniş əsasən ABŞ-İran gərginliyinin azalması (Trampın planlaşdırılan zərbələri dayandırması və danışıqların yenidən başlayacağı gözləntiləri) və OPEC+ ölkələrinin istehsalı artırma qərarı ilə bağlıdır. Bazarlar Orta Şərqdə təchizat risklərinin yumşaldığını qiymətləndirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol