Menu

Tərtərdə 5 kq narkotik dövriyyədən çıxarılıb

03.08.2026, 10:40
Tərtərdə 5 kq narkotik dövriyyədən çıxarılıb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İlyas Əmirov saxlanılıb.

DİN-dən verilən xəbərə görə, həmin şəxsdən 4 kiloqram tiryək və 1 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə İ.Əmirov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol