Ötən gün Bakı-Qazax magistral yolunun 108-ci kilometrliyində - Hacıqabulun Pirsaat kəndində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

"AzPolitika" bildirir ki, qəzaya düşən ailə 3 il əvvəl də faciə ilə üzləşibmiş.

Belə ki, “KamAZ” markalı yük maşınına çırpılan “BYD” markalı minik avtomobilinin sürücüsü Namiq Əmirxanovun qızı, Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi 20 yaşlı Aynur Əmirxanlı 2023-cü ilin noyabrında yaşadığı evdə dəm qazından boğularaq ölübmüş.

Bu dəfə isə Aynurun atası ilə anasının olduğu avtomobil Hacıqabul ərazisində yük avtomobilinə çırpılıb. Nəticədə onun 1979-cu il təvəllüdlü anası Svetlana Ocaqverdi qızı İbadova hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.(qafqazinfo)