"Biz onlarla danışıqlar aparırıq. Onlar sabah(bu gün-red.) günortadan sonra başlayacaq. Bu, çox insanın həyatını xilas edəcək".
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O, Vaşinqtonun artıq Hörmüz boğazı ilə bağlı Tehranla razılaşmasının olduğunu və daha sonra nüvə məsələsi və "İranın nüvəsizləşdirilməsi" ilə bağlı razılığa gələcəyini iddia edib.
Ağ Ev rəhbəri əlavə edib ki, Tehranın özü, eləcə də Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər hakimiyyəti ondan İrana zərbələri dayandırmasını istəyib. O, həmçinin vurğulayıb ki, ABŞ ordusu lazım gələrsə, istənilən vaxt hücumları bərpa edə bilər.
"Mən razılaşma əldə etməyi üstün tuturam. İnsanları öldürməyi xoşlamıram", - deyə Ağ Ev rəhbəri yekunlaşdırıb.
Xatırladaq ki, Tramp avqustun 1-də yeni bir razılaşma əldə edilməsi üçün İrana zərbələri dayandırdığını elan edib. Daha sonra Tehran Hörmüz boğazında gəmiçiliklə bağlı Omanın iştirakı ilə aparılan danışıqların son mərhələsinə qədəm qoyduğunu təsdiqləyib.
Daha əvvəl məsələ ilə tanış mənbələr "The Wall Street Journal" qəzetinə bildiriblər ki, Səudiyyə Ərəbistanı da daxil olmaqla, Fars körfəzi ölkələri Trampı İrana qarşı yeni hücumları dayandırmağa və danışıqlara başlamağa inandırıblar.
“AzPolitika.info”

Şərhlər