Bakının Nizami rayonu ərazisində meyit tapılıb.

"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, hadisə avqustun 2-də Q.Qarayev prospekti, 81 ünvanında qeydə alınıb.

Futbol meydançasında meyiti tapılan şəxsin Bakı şəhər sakini 1950-ci il təvəllüdlü Bəkir Əhmədov olduğu bildirilir.

Meyit üzərində hər hansı zorakılıq əlamətləri görünməyib.

Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.