Menu

AQTA-nın irad bildirdiyi şirkət dövlət sifarişi aldı

03.08.2026, 13:06
AQTA-nın irad bildirdiyi şirkət dövlət sifarişi aldı

Dövlət Radiotezliklər İdarəsi içməli suyun satın alınması üçün 45 340,32 manat dəyərində satınalma müqaviləsi bağlayıb.

“AzPolitika” xəbər verir ki, bununla bağlı "İKAR-QRUP" MMC ilə müqavilə imzalanıb.

Qeyd edək ki, sözügedən şirkət 2012-ci ildə təsis edilib və nizamnamə kapitalı 20 manatdır.

2023-cü ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Elmas" əmtəə nişanlı qablaşdırılmış su məhsulu ilə bağlı uyğunsuzluq aşkarlamışdı. Belə ki, məhsulun üzərində suyun mənbəyi "Abşeron rayonu, Zirə kəndi, artezian suyu" kimi göstərilsə də, eyni zamanda "mineral süfrə suyu" ifadəsi də yer almışdı. AQTA bu uyğunsuzluğun aradan qaldırılması üçün etiket məlumatlarının dəyişdirilməsini tələb etmişdi.(Yenisabah))

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol